525.Az

Fond sədri Avropa Parlamentinin üzvü ilə görüşdü


 

Fond sədri Avropa Parlamentinin üzvü ilə görüşdü<b style="color:red"></b>

Fevralın 9-da Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule və Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevlə görüşüblər.

BAMF-ın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüş zamanı Latviya və Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının qarşılıqlı əməkdaşlıq imkanlarının gücləndirilməsi, Avropa Parlamenti və vətəndaş cəmiyyəti qurumları arasında ikitərəfli münasibətlərin gücləndirilməsi məsələləri müzakirə olunub.

Umud Mirzəyev BAMF-ın yaradıldığı dövrlərə qısa ekskursiya edib, təşkilat yaradıldığı zaman Latviyadan olan yazıçı-jurnalist Modris Auzinşin fəaliyyəti haqda danışıb.

O, ümumiyyətlə Latviya və Azərbaycan arasında uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb.
 
Eyni zamanda U.Mirzəyev dünyanın mövcud çətin durumunda, konfliktlərin geniş vüsət aldığı bir dövrdə sülhün və barışın qorunması üçün ikitərəfli münasibətlərin əhəmiyyətini xüsusi qeyd edib.

O, münaqişələrin həllində ikili standartların sabit və təhlükəsiz dünya üçün təhdid olduğunu vurğulayıb.

İveta Qriqule iki ölkənin xalqları və vətəndaş cəmiyyəti qurumları arasında faydalı əməkdaşlığı və sıx münasibətlərin yaradılmasının zərurliyini ifadə edib.

Yuris Maklakovs media və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının ədalət və obyektivlik prinsipləri əsasında qurulmasının regionumuz üçün əhəmiyyətindən danışıb. 

Görüşdə iştirak edən “Eurasia Diary” analitik informasiya portalının baş redaktoru Malik Əyyub Sumbal Avropaya migrant axını, eləcə də qlobal sülhü təhdid edən məsələlərlə bağlı Latviya prezidentinin son çıxışlarının əhəmiyyətindən danışıb.

 





09.02.2016    çap et  çap et