525.Az

Serj Sarkisyanın dindirilməsi tələb olunub


 

Serj Sarkisyanın dindirilməsi tələb olunub<b style="color:red"></b> Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts  Ermənistanın Baş Prokurorluğuna müraciət edərək 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktına dair iş üzrə prezident Serj Sarkisyanın dindirilməsini tələb edib.
 

APA-nın “1in.am”-a istinadən verdiyi xəbərə görə, ötən gün “Respublika” partiyasının rəhbəri Aram Sarqsyan yerli telekanalların efirində 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktını şərh edərkən bildirib ki, Sarkisyan vaxtilə ona qeyd olunan cinayətin təşkilatçısının kim olduğunu nə vaxtsa açıqlayacağını etiraf edib. 
 
Artur Sakuntsun sözlərinə görə, S.Sarkisyan nəticəsiz qala bilməyən çox mühüm faktı qeyd edib. 
 
“Bu bəyanata əsasən, dövlətin əsas rəsmi yüksəkvəzifəli şəxsi cinayət barədə məlumatı gizlədib, bu isə cinayət məsuliyyətinə cəlb etmək üçün əsas verir. Bu, iş üzrə yeni faktın üzə çıxmasıdır və baş prokuror bu bəyanatın araşdırılmasına və Serj Sarkisyanın dərhal dindirilməsinə dair Milli Təhlükəsizlik Xidmətinə göstəriş verməyə borcludur. Bundan başqa, məsələ ilə bağlı parlamentdə xüsusi toplantı çağırılmalıdır və Sarkisyan parlament qarşısında izahat verməlidir”, deyə Artur Sakunts bildirib.
 
Qeyd edək ki, Serj Sarkisyanın dindirilməsinə dair tələb Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri adından artıq Ermənistanın Baş Prokurorluğuna göndərilib.
 





09.02.2016    çap et  çap et