525.Az

Şimali Koreyanın kosmosa buraxdığı raketin qalıqları tapılıb


 

Şimali Koreyanın kosmosa buraxdığı raketin qalıqları tapılıb<b style="color:red"></b> Cənubi Koreya hərbçiləri Şimali Koreyanın fevralın 7-də kosmosa buraxdığı raket daşıyıcısının qalıqlarını aşkarlayıblar. 

APA-nın “Daily Mail”-a istinadən verdiyi xəbərə görə, Cənubi Koreya hərbçiləri aşkarladıqları raket qalıqlarının foto şəkillərini təqdim ediblər.
 
Hazırda hərbçilər raket qalıqlarını analiz edirlər.
 
Qeyd edək ki, KXDR  fevralın 7-də yerli vaxtla saat 09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan üzərində “Kvanmönson-4” süni peykinin quraşdırıldığı raketin buraxılışını həyata keçirib.
 
Bundan sonra Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib. 
 





10.02.2016    çap et  çap et