525.Az

“Azərbaycan hazırda milyonlarla rusiyalı turisti qəbul edə bilməz”


 

“Azərbaycan hazırda milyonlarla rusiyalı turisti qəbul edə bilməz”<b style="color:red"></b> “Əgər bu vaxtadək Türkiyəyə gedən 4 milyon rusiyalı turist Azərbaycana gələrsə, Rusiya Federasiyasının səfiri kimi, mən bundan çox xoşbəxt olardım”.

APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda” nəşrinə müsahibə verərkən, müxbirin Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın rusiyalı turistlər üçün alternativ ola biləcəyinə dair sualına cavab olaraq bildirib. 

“Məmnunluqla qeyd etmək istərdim ki, rusiyalı turistlərin Azərbaycana marağı artmaqdadır”, - deyə səfir vurğulayıb.   
 
“Diqqət cəlb etmək üçün qonşularımız üçün gözəl şans yaranır. Azərbaycanda turizmin inkişafı üçün perspektivlər var və ölkə turizm sahəsini özünə prioritet seçib. Lakin elan etmək və turizm biznesi yaratmaq fərqli məsələlərdir, bu çox böyük işdir.
 
Realist olmaq lazımdır. Ölkədə həm dənizdə, həm də dağlarda infrastrukturun inkişaf etdirilməsinə səylər göstərilir. Buna baxmayaraq, Azərbaycan hazırda milyonlarla rusiyalı turisti qəbul edə bilməz”, deyə Doroxin qeyd edib.
 





10.02.2016    çap et  çap et