525.Az

Nyu-Meksikodan ermənilərə sarsıdıcı zərbə


 

Nyu-Meksikodan ermənilərə sarsıdıcı zərbə<b style="color:red"></b> BŞ-ın Nyu-eksiko ştatının Nümayəndələr Palatası yanvarın 28-də keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəminə dair qətnamə qəbul edib. Bu barədə Lent.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
 
Millət vəkilləri tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycanın son 20 il ərzində öz suverenliyini və müstəqilliyini gücləndirdiyi və bölgənin ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir. Qeyd olunur ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir. Həmçinin, Qarabağ və Naxçıvan da daxil olmaqla 33440 kv. mil əraziyə malik Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün ABŞ və BMT tərəfindən tanındığı vurğulanır.
 
Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur. Bildirilir ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqi və strateji tərəfdaşıdır. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmaması və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir.
 
Sonra Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusilə vurğulanır. Daha sonra Azərbaycanın Nyu-Meksiko ştatı ilə münasibətlərin inkişafına böyük önəm verməsi və ştat paytaxtı Santa Fe şəhərində Azərbaycanın fəxri konsulunun fəaliyyət göstərməsi qeyd olunur. Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da inkişaf etdirməsinin zəruriliyi vurğulanır.
 
Qətnamə qəbul edildikdən sonra onun nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Baş konsul millət vəkillərinə belə bir qətnamənin qəbuluna və Azərbaycan-ABŞ münasibətlərinə verdikləri önəmə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu, Nyu-Meksiko ştatının parlamenti tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.
 





29.01.2013    çap et  çap et