525.Az

"Ölkəyə gətirilən siqaretlərin tərkibində də elə kimyəvi maddələr var ki..."


 

"Ölkəyə gətirilən siqaretlərin tərkibində də elə kimyəvi maddələr var ki..."<b style="color:red"></b>

"Kimlərsə inhisarında olan siqaretləri satacaq deyə, hətta qapalı yerlərdə siqareti qadağan edən qanun çıxarmamız da indiyədək əngəllənir".

Bunu millət vəkili Fazil Mustafa qeyd edib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siqaretlə mübarizə yöntəmi çox xoşuma gəldi. Qarşısına çıxan vətəndaşin cibindən siqaret qutusunu çıxarıb kənara tolazlayır.

Sonra da bu adamları Cumhurbaşqanı Sarayında düzənlədiyi tədbirə dəvət edib onlara təriflər yağdırır ki, bir də siqaret çəkməsinlər" - deyə, qeyd edən millət vəkilinin sözlərinə görə, Azərbaycanda siqaret əleyhinə ciddi addımlar atılmadığını görüncə, düşünürsən ki, bu qədər baş verən xəstəliklərdə, qəfil ölümlərdə necə olur ki, siqaretin əhəmiyyətli rolunu görə bilmirik. 

O, qeyd edib ki, inhisarçıların ümidinə buraxılmış qidalarımızın böyük əksəriyyəti sağlamlığımız üçün düşünülmüş təhlükə mənbəyidir, üstəlik, tütün məhsullarının geniş təbliğ olunması bu riski daha da artırır.

"Orta məktəblərdə artıq oğlanların siqaret aludəçisinə çevrilməsi adi bir haldır. Qadınlar arasında da ildən-ilə siqaret çəkənlərin sayı artmaqdadır. Kimlərsə inhisarında olan siqaretləri satacaq deyə, hətta qapalı yerlərdə siqareti qadağan edən qanun çıxarmamız da indiyədək əngəllənir.

Ölkəyə gətirilən siqaretlərin tərkibində də elə kimyəvi maddələr var ki, birbaşa xərçəng xəstəliyinə vizit kart çıxarır. İndi necə edək ki, bizdə də siqaretə qarşı sərt mübarizə aparılsın? Yeri gəlmişkən vurğulamalıyam ki, Türkiyədə də bəzi qəribəliklər var.

Cəmiyyət o qədər siyasiləşib ki, bir də görərsən ki, solçular və milliyətçilər Ərdoğanın siqaretə qarşı tutumuna acıq edib, kütləvi siqaret çəkməyə başlayarlar. Bu Ərdoğanın ən çox bəyəndiyim addımlarından biridir..." - deyə, millət vəkili daha sonra qeyd edib.

K.Həmidov

 





10.02.2016    çap et  çap et