525.Az

Yağıntılı hava şəraiti davam edəcək


 

Yağıntılı hava şəraiti davam edəcək<b style="color:red"></b>

Yanvar ayının son 2 günü ərzində Azərbaycan ərazisində havanın yağıntılı keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu baş hidroloqu  Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, yanvarın 30-da bölgələrdə əsasən gecə və axşam yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yanvarın 31-də əsasən şərq rayonlarında hava yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Temperatur Aran rayonlarında 3-8 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtandan 3 dərəcəyədək isti gözlənilir.
 
Bakıda və Abşeron yarımadasında yanvarın 30-da gecə və səhər bəzi yerlərdə az yağıntılı olacaq. Yanvarın 30-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 31-də isə mülayim-şimal şərq küləyi əsəcək. Havanın temperaturu yanvarın 30-da gündüz 4-7 dərəcə isti, yanvarın 31-də isə 3-5 dərəcə isti gözlənilir.
 
Sabahdan etibarən Bakıda Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bakıda və Abşeron yarımadasında bugünki kimi güclü yağış olmayacaq.

 





29.01.2013    çap et  çap et