525.Az

Azərbaycan-Böyük Britaniya işçi qruplarının iclası keçirildi


 

Azərbaycan-Böyük Britaniya işçi qruplarının iclası keçirildi<b style="color:red"></b>

Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyət göstərən Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər üzrə birgə işçi qruplarının iclası və Təhsil Forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən 525.az-a verilən məlumata görə, iclaslarda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr və müvafiq sahələrdə əməkdaşlıq perspektivləri, eləcə də komissiyanın iclasına hazırlıq məsələləri müzakirə edilib.

Bu gün neft və qaz üzrə işçi qrupunun iclası və Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək məqsədilə iqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Böyük Britaniyada səfərdədir. Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri isə bu ölkənin ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Moddur.

 





11.02.2016    çap et  çap et