525.Az

Şimali Koreyada ordu qərargahının rəisi edam olundu


 

Şimali Koreyada ordu qərargahının rəisi edam olundu<b style="color:red"></b>

KXDR-də Koreyada Xalq Ordusunun qərargah rəisi Li Yon Gil edam edilib. Yüksək vəzifəli məmur korrupsiya və başqa cinayətlərdə, həmçinin şəxsi sərvət toplamaqda ittiham olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə liderini mütəmadi olaraq hərbi hissələr səfəri zamanı müşayiət edən Li Yon Gili Şimali Koreya KİV-lərinin qəflətən “unutması” bu versiyanın doğruluğuna əminliyi artırır.

O, həmçinin “Kvanmyonson-4” peyki ilə kosmik daşıyıcı raketin uğurlu startı münasibətilə fevralın 7-də təşkil olunan təntənələrdə də görünməyib.

Mənbələr korrupsiya ittihamının Li Yon Gildən yaxa qurtarmaq üçün bəhanə olmasını da istisna etmirlər.

Xatırladaq ki, keçən il KXDR-in müdafiə naziri Xyon Yon Çxol edam edilmişdi. Cənubi Koreya KİV-lərinin məlumatına əsasən o, Şimali Koreya lideri Kim Çen İnin iştirak etdiyi hərbi paradda mürgülədiyi üçün vəzifədən kənarlaşdırılmış və xəyanətdə ittiham olunmuşdu.

 





11.02.2016    çap et  çap et