525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlədə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-5, gündüz  8-10 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz  60-70 % təşkil edəcək.                           
                              
Azərbaycanın rayonlarından əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.
 





11.02.2016    çap et  çap et