525.Az

Azərbaycan daha 5 "Stadler” elektrik qatarı ala bilər


 

Azərbaycan daha 5 "Stadler” elektrik qatarı ala bilər<b style="color:red"></b>

Azərbaycan “Stadler Minsk” müəssisəsindən daha 5 ədəd elektrik qatarı ala bilər.

AZƏRTAC “belta.by” saytına istinadla xəbər verir ki, bu barədə İsveçrənin "Stadler Rail Group" şirkətinin rəhbəri və İdarə Heyətinin sədri Peter Şpuler deyib.

Onun sözlərinə görə, Azərbaycanla imzalanan müqavilə 5 qatarın alınmasını nəzərdə tutur. Onlardan üçü artıq göndərilib, 2 qatar isə göndərilmək üzrədir.

Şirkət rəhbəri qeyd edib ki, daha 5 qatarın Azərbaycana satılma ehtimalı var.

 





11.02.2016    çap et  çap et