525.Az

Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində


 

Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində<b style="color:red"></b> 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri soyqırımla bağlı gündəmdən kənar çıxış üçün Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmana müraciət edilib.
 
Müraciət Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının Adana millət vəkili Necdət Ünüvarın adından göndərilib.
 
Bu barədə APA-nın Türkiyə bürosuna N. Ünüvarın parlamentdəki ofisindən məlumat verilib:
 
“Bilirsiniz ki, hər il millət vəkilimiz Necdət Ünüvar Xocalı faciəsi barədə Məclisdə gündəlikdən kənar çıxış edir. Büdcə müzakirələri hər il noyabr-dekabr aylarında keçirilir və yeni ilin büdcəsi təsdiqlənirdi. Ancaq bu il büdcə müzakirələri fevral ayına qaldı.

Fevralın son həftəsində Məclisin gündəmi tamamilə büdcə müzakirələrinə ayrılsa da, Xocalı faciəsi barədə çıxış etmək üçün TBMM sədrinə müraciət etmişik. Millət vəkilimizin çıxış etməsi üçün 22-26 fevral arasında hər hansı bir gün üçün vaxt istəmişik.

İnanırıq ki, gündəmdə büdcə müzakirələri olmasına baxmayaraq, o günlərin birində Xocalı faciəsi barədə çıxış etməsi üçün millət vəkilimizə söz veriləcək. Çünki Xocalı faciəsi Türkiyə üçün çox önəmlidir”.
 





11.02.2016    çap et  çap et