525.Az

Gənc sahibkarların iştirakı ilə Biznes Günü keçiriləcək


 

Gənc sahibkarların iştirakı ilə Biznes Günü keçiriləcək<b style="color:red"></b>

Fevralın 12-də Bakıda “Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsinə həsr olunmuş Biznes Günü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına dəstək məqsədilə təşkil olunacaq tədbirdə Lənkəran və Xaçmaz regionunu təmsil edən 60 gənc sahibkar, dövlət orqanlarının və digər şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə gənc sahibkarlar biznes ideyalarını təqdim edəcəklər.

Münsiflər heyətinin üzvləri təklif olunan ideyaların həyata keçirilə bilmə dərəcəsi, rəqabətə davamlılığı, yeniliyi və biznes fəaliyyətinin inkişaf planına əsaslanaraq qiymətləndirmə aparacaqlar.

 





11.02.2016    çap et  çap et