525.Az

“Neftçilər” metro stansiyasında keçidlər təmir olunur


 

“Neftçilər” metro stansiyasında keçidlər təmir olunur<b style="color:red"></b>

“Bakı Metropoliteni”nin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq “Neftçilər” metro stansiyasında keçidlərin təmir işləri aparılır.

Bu barədə “Bakı Metropliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a deyib.

Onun sözlərinə görə ilk olaraq “Neftçilər” metro stansiyasının ikinci vestibül istiqamətindəki keçidlər təmir olunur.

Keçidlərin divarlarındakı üzlüklər dəyişdirildikdən sonra birinci vestibül istiqamətindəki keçidlər təmir olunacaq:

“Sərnişinlər təmir zamanı keçidlərdən istifadə edərək stansiyaya daxil ola bilərlər”, – deyə N.Paşayev vurğulayıb.

N.Paşayev bildirib ki, yeni layihədə təmir olunan keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması da nəzərdə tutulub.

 





11.02.2016    çap et  çap et