525.Az

TürkPA-nın baş katibi ADA Universitetində mühazirə oxuyub


 

TürkPA-nın baş katibi ADA Universitetində mühazirə oxuyub<b style="color:red"></b>

TürkPA-nın baş katibi Jandos Asanov ADA Universitetində mühazirə oxuyub.

O deyib ki, 2010-cu ildə fəaliyyətə başlayan TurkPA Katibliyinin Bakıda yerləşməsi təsadüfi deyil. Türk tarixində ilk parlament respublikası məhz Azərbaycanda yaradılıb.

Baş katib Azərbaycanın müstəqilliyini bərpa etməsinin 25-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

O, Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının inkişaf etdirilməsi və enerji sektorundan asılılığının azalmasına yönəldilmiş səylərini yüksək qiymətləndirib. Əlavə edib ki, bu siyasət nəticəsində yerli istehsalın kəmiyyəti və keyfiyyəti artmaqdadır.

Baş katib, həmçinin qeyd edib ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib və yaz ayında Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

Jandos Asanov bildirib ki, TürkPA, eləcə də türk əməkdaşlığı qurumları BMT-nin Nizamnaməsində təsbit edilmiş norma və prinsiplərə uyğun olaraq açıq və şəffaf şəkildə fəaliyyət göstərir.

AzərTAc

 





11.02.2016    çap et  çap et