525.Az

80-ci illərin məşhur səsi vəfat etdi


 

80-ci illərin məşhur səsi  vəfat etdi<b style="color:red"></b>

Türkiyədə 80-ci illərin ən məşhur müğənnilərindən olan Fərdi Özbəyən dünyasını dəyişib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ğzbəyən bazar günü nəfəs çatışmazlığı diaqnozuyla Okmeydanı Tədris və Araşdırma Xəstəxanasının Təcili Yardımına yerləşdirilmişdi.

Həkimlər reanimasiyada saxlanan sənətçinin həyati təhlükəsinin olduğunu bildirmişdilər.

12 ildir xərçəng xəstəliyindən əziyyət çəkən müğənninin həkimləri yalnız möcüzəyə ümid etdiklərini bildirmişdilər. Ancaq bu möcüzə baş verməyib.

Fərdi Özbəyən 1965-ci ildə "Hürriyet" qəzetinin "Qızıl mikrofon" müsabiqəsiylə muqisi dünyasına addım atıb. O gündən bəri 48 il ərzində 26 albom və 3 filmə imza atıb.

Özbəyən unudulmuş mahnıları yenidən oranjeman edərək milyonlarla insanın sevgisini qazanıb.

"Eskimeyen dost", "Seni terkedeceğim", "Yok-yok yalan deme", "Kandil" kimi bir çox klassikləşmiş əsərə imza atıb.

 





29.01.2013    çap et  çap et