525.Az

Bakıda V Vergi Forumu


 

Bakıda V Vergi Forumu <b style="color:red"></b>

Fevralın 10-da Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumu keçirilib.

Forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Dünya Bankının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak ediblər.

Forumda çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan öz iqtisadi potensialını ildən-ilə artırır, dünyada cərəyan edən proseslərə, zamanın yeni çağırışlarına adekvat cavablar verir. Vurğulanıb ki, Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasının əsasında, ilk növbədə, ölkədə yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş tədbirlər dayanır.

Qeyd olunub ki, Azərbaycan hökumətinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı 2016-cı ildə ciddi iqtisadi islahatlar aparılacağını bəyan edib, dünyada və regionda baş verən hadisələrin yaratdığı fəsadların Azərbaycana təsirini minimuma endirmək üçün yaranmış yeni iqtisadi şəraitdə daha səmərəli işləməyi və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən, struktur islahatları hesabına təmin etməyi tapşırıb. Yaranmış yeni iqtisadi şərait dövlət-biznes tərəfdaşlıq münasibətlərinin qarşılıqlı faydalılıq, partnyorluq şəklində qurulmasını tələb edir.

Dövlət üzərində düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, dünya böhranlarının Azərbaycana təsirini azaltmağa, vətəndaşlarımızı onun neqativ təsirlərindən qorumağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır.

Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərində mühüm vəzifələr düşür.

Nazir müavini qeyd edib ki, neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına müəyyən qədər təsir göstərsə də, 2015-ci il ərzində proqnoza 100,1 faiz əməl edilib, büdcəyə 7 milyard 118.2 mln. manat vergi toplanıb.

Ümumi vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 70%-dən çox olub.

Azərbaycanın regionlarında həyata keçirilmiş uğurlu iqtisadi islahatlar, yeni iş yerlərinin yaradılması, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfəartıb,paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622,1 milyon manat vəsait daxil olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə Vergi Forumunun ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addım olduğunu bildirib.

Qeyd olunub ki, vergi siyasəti maliyyə sabitliyinin qorunmasına, ölkəmizin iqtisadi inkişafı ilə bağlı müəyyən olunmuş hədəflərin reallaşmasına bilavasitə təsir göstərir.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Forum iştirakçılarının, sahibkarların çoxsaylı suallarını da cavablandırıblar.

 





11.02.2016    çap et  çap et