525.Az

Ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi üçün yeni mexanizm


 

Ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi üçün yeni mexanizm<b style="color:red"></b>

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizmini hazırlayır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Sabahın alimləri" V Respublika müsabiqəsinin açılışında çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, ali məktəblərin fəaliyyət göstəriciləri yalnız tələbələrin sayı ilə ölçülməli deyil:

"Məktəblərin digər göstəricilərini ölçmək, onların elmi uğurlarının cəmiyyətə verdiyi töhfələrin qiymətləndirilməsi üçün mexanizmlər hazırlayırəq. Ümid edirik ki, gələcəldə bu, bizim ali məktəblər üçün çox faydalı olacaq".

M.Cabbarov qeyd edib ki, son illərdə olimpiada hərəkatına xüsusi önəm verilir. Respuboika fənn olimpiadalarında iştirak edın şagirdlərin sayı artır. Bu sayın gələcəkdə daha da artacağına ümid etdiyini deyən nazir qeyd edib ki, bır sıra məşhur akademiklər artıq orta məktəblərdə dərs keçməyə başlayıblar.

Nazir elmlə təhsilin inteqrasiyası baxımından TN-nin AMEA ilə əməkdaşlığından razı qaldığını da açıqlayıb.

 





11.02.2016    çap et  çap et