525.Az

"Valensiya"nın baş məşqçisi üçün son şans


 

"Valensiya"nın baş məşqçisi üçün son şans<b style="color:red"></b>

"Valensiya"nın baş məşqçisi Qari Nevill üçün La Liqanın 24-cü turunda "Espanyol"la keçiriləcək görüş mühüm əhəmiyyət kəsb edir.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, kubokla vidalaşan və La Liqada uğursuz çıxışı ilə diqqət çəkən klubun rəhbərliyi ingilis mütəxəssisin işindən narazıdır.

Bu səbəbdən "Espanyol"la matçda "yarasalar" uduzacağı təqdirdə, rəhbərliyin Nevilli istefaya göndərəcəyi iddia olunur.

Onun yerinə əvəzedici komandanın baş məşqçisi Kurro Torresin baş məşqçi vəzifəsinə gətiriləcəyi gözlənilir.
Nevillin rəhbərliyi altında 17 oyun keçirən "Valensiya" 4 qələbə qazanıb, 7 heç-heçə edib və qalan 6 oyunda məğlub olub.

Qeyd edək ki, "Valensiya" La Liqada geridə qalan 23 turdan sonra 25 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

 





11.02.2016    çap et  çap et