525.Az

İki uşaq anasının ölümündən əvvəl yazdığı məktub ailəyə dəhşət yaşatdı


 

İki uşaq anasının ölümündən əvvəl yazdığı məktub ailəyə dəhşət yaşatdı<b style="color:red"></b>

Bu gün səhər yuxudan oyanan qaynata cavan gəlinin yazdığı məktubu oxuyanda dəhşətə gəlib.

“Özümü öldürürəm. Ölümümə görə heç kimin günahı yoxdur” yazılımış məktubu oxuyan kimi otaqları axtaran qaynata 28 yaşlı gəlini Xəyalə Teymurovanı hamamda asılmış vəziyyətdə tapıb.

Dəhşətli intihar hadisəsi Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisindəki mənzillərdən birində baş verib. Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, X.Teymurova özünü hamamdakı vannanın üzərindəki dəmirdən asıb. Onun gecə saat 03 radələrində özünü asdığı ehtimal olunur. 

Hadisə baş verən zaman X.Teymurova evdə iki uşağı və qaynatası ilə birlikdə olub. Qaynata gəlinin özlümündən əvvəl yazdığı məktubu istintaqa təhvil verib. Hazırda X.Teymurovanı özünü öldürməyə vadar edən səbəb araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Onu da əlavə edək ki, X.Teymorovanın iki azyaşlı uşağı anasız qalıb. Analarının ölməsi azyaşlılara bildirilmir.

 





29.01.2013    çap et  çap et