525.Az

"ABŞ şirkətləri ölkədəki buruqların 2/3-də işi dayandırıblar"


 

"ABŞ şirkətləri ölkədəki buruqların 2/3-də işi dayandırıblar"<b style="color:red"></b>

"ABŞ şirkətləri ölkədəki qazma buruqların 2/3 hissəsində fəaliyyəti dayandırıblar".
 
"Report" TASS-a istinadən xəbər verir ki, bunu "Total" şirkətinin başçısı Patrik Puyanne "International Petroleum Week" forumunda deyib.

"2015-ci ilin mart ayından etibarən ABŞ-da şist neftin hasilatının azalmasını müşahidə edirik.
 
Hasilat gündə 500 min barel həcmində azalıb. İstehsalın hansı templə aşağı düşəcəyini bilmirik. Amma bilirik ki, qazma buruqların 2/3 hissəsi fəaliyyət göstərmir", - deyə P.Puyanne bildirib.

"Total"ın rəhbəri dünya bazarında neft artıqlığının 2% təşkil etdiyini qeyd edib. Eyni zamanda, o, ötən əsrin 80-90-cı illərində bazarda aşağı tələb olmasına baxmayaraq, artıq neft payının 7% olduğunu xatırladıb.

P.Puyanne hazırda neftin qiymətiylə bağlı proqnoz verməyin mümkünsüzlüyünü də əlavə edib:

"Neftin sabit qiyməti yoxdur. Bu gün bir barel 40 dollara, sabahsa 80 dollara satıla bilər. Buna görə də məsələn, 60 dollar/barel sabit qiymətindən danışa bilmərik".

 





11.02.2016    çap et  çap et