525.Az

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Alimlər Evi elan olunub


 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Alimlər Evi elan olunub<b style="color:red"></b> “Bu gündən AMEA-nın Mərkəzi Elmi Kitabxanası Alimlər Evi elan olunur”.
 
APA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Sabahın alimləri” V Respublika müsabiqəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, AMEA-nın Mərkəzi  Elmi Kitabxanası kitabxana olaraq fəaliyyətini davam etdirəcək:

“Alimlər Evində müxtəlif mühazirələr təşkil ediləcək”.
 
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə “Alimlər Evi MMC” təsis olunub və Nuridə Quliyeva Alimlər Evinə rəhbər təyin edilib.
 





11.02.2016    çap et  çap et