525.Az

Prezidentin geri qaytardığı qanun yenidən müzakirə edilə bilər


 

Prezidentin geri qaytardığı qanun yenidən müzakirə edilə bilər<b style="color:red"></b> Prezident İlham Əliyevin Milli Məclisə geri qaytardığı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun Milli Məclisin plenar iclasında yenidən müzakirəyə çıxarılması gözlənilir.
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
 
Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun bu il yanvarın 19-da qəbul Milli Məclisdə qəbul edilib.

Dəyişikliklərə əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Dövlət başçısı sahibkarların və investorların çoxsaylı müraciətlərini nəzərə alaraq, qanunu Milli Məclisə geri qaytarıb.
 
Qanun fevralın 9-da Milli Məclisin İqtisadiyyat komitəsinin iclasında qapalı toplantıda geniş müzakirə edilib.
 





11.02.2016    çap et  çap et