525.Az

Şırnaqda PKK-ya iki ay əvvəl başlayan əməliyyat başa çatdı


 

Şırnaqda PKK-ya iki ay əvvəl başlayan əməliyyat başa çatdı<b style="color:red"></b> Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda PKK terrorçularına qarşı ötən il dekabrında başlayan əməliyyat başa çatıb.
 
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Əfqan Əla bildirib. Nazir əməliyyatların bu gün günorta saatlarında yekunlaşdığını, ötən il dekabrın 14-də elan olunan komendant saatını bir müddət davam edəcəyini deyib:

“Rayonda geniş çaplı hərbi əməliyyatlar başa çatıb. Bundan sonra əməliyyat-axtarış tədbirləri, təmizləmə işləri aparılacaq. Həmçinin ərazilərin minalardan və digər partlayıcı qurğulardan təmizlənməsinə başlanacaq”.
 





11.02.2016    çap et  çap et