525.Az

Münhendə Lavrov-Kerri görüşü keçirilir


 

Münhendə Lavrov-Kerri görüşü keçirilir<b style="color:red"></b> Münhendə Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə görüşü başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüş Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası çərçivəsində baş tutub.
 
Görüşdən öncə C. Kerri bildirib ki, Suriyada atəşkəsin elan olunması və humanitar yardımın təmin edilməsi münaqişə ilə bağlı digər məsələlərin həlli üçün əsas şərt olmalıdır.

O həmçinin Suriyada baş verənlərlə bağlı ciddi müzakirələrin olacağını əlavə edib.
 
S. Lavrov isə bildirib ki, Rusiya Suriyada sülhün əldə olunması ilə bağlı öz təklifini verib.
 
Nazirin sözlərinə görə, Moskva təklifi Suriyaya Beynəlxalq Dəstək Qrupuna təqdim etməzdən öncə ABŞ-ın reaksiyasını gözləyir.
 





11.02.2016    çap et  çap et