525.Az

"Arsenal"ın sabiq futbolçusu 506 gün sonra


 

"Arsenal"ın sabiq futbolçusu 506 gün sonra<b style="color:red"></b>

Uzun müddət zədədən əziyyət çəkən "Marsel"in futbolçusu Abu Diabi yenidən yaşıl meydanlara qayıtmağa yaxındır.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi Fransa kubokunun 1/8 finalında bu gecə "Trelissak"la keçiriləcək matçın "18"liyinə daxil edilib.

Mövsümün əvvəlində "Arsenal"dan ayrılaraq "Marsel"ə transfer olunan Diabi yeni komandasının heyətində meydana çıxmayıb. Lakin o, bugünkü görüşdə oynayacağı təqdirdə 506 günlük həsrətə son qoyacaq.

Qeyd edək ki, Diabi sonuncu dəfə 2014-cü ilin sentyabrında "Arsenal" və "Sauthempton" komandaları arasında keçirilən kubok matçında 66 dəqiqə meydanda olub.

 





11.02.2016    çap et  çap et