525.Az

NATO Gürcüstana kömək etmək istəyir


 

NATO Gürcüstana kömək etmək istəyir<b style="color:red"></b>

NATO Gürcüstana "Alyans üzvlüyünə yaxınlaşmaq və müdafiə gücünü artırmaqda" kömək edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bu gün Brüsseldə bəyan edib.

Nazirlər səviyyəsində Gürcüstan-NATO görüşündən sonra Y.Stoltenberq bildirib ki, Alyans ölkənin islahatlar yolundakı nailiyyətlərini alqışlayır:

"Amma hələ əlavə addımlar atılmalıdır, o cümlədən, qanunun aliliyi sahəsində".

Y.Stoltenberq deyib ki, NATO Gürcüstanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir.

 





11.02.2016    çap et  çap et