525.Az

Davudoğlu Ukraynaya gedir


 

Davudoğlu Ukraynaya gedir<b style="color:red"></b> Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 15-də Ukraynaya səfər edəcək.
 
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib. 
 
“Bazar ertəsi Ukraynaya rəsmi səfər edəcək Türkiyənin baş nazirini qəbul edəcəm” deyə Yatsenyuk bildirib.
 
Qeyd edək ki, Ukrayna XİN rəhbəri Pavel Klimkin bundan əvvəl Kiyevin Türkiyəni Krıma dair danışıqlara qatılmağa dəvət etmək niyyətində olduğunu bildirib.
 





11.02.2016    çap et  çap et