525.Az

​Bu il internet üzərindən 2,5 trilyon foto paylaşılacaq


 

​Bu il internet üzərindən 2,5 trilyon foto paylaşılacaq<b style="color:red"></b>

Bu il internet üzərindən 2.5 trln. fotoşəkil paylaşılacaq ki, bu da ötən illə müqayisədə 15% çoxdur.

"Report" xəbər verir ki, bu barədə "Deloitte Global"ın hazırladığı "Texnologiya, Media və Telekommunikasiya üzrə Proqnozlar 2016" icmal buraxılışında qeyd edilib.

Buraxılışda deyilir ki, bu fotoşəkillərin dörddə üç hissəsinin paylaşılacağı, qalan hissəsinin isə onlayn arxivdə saxlanılacağı ehtimal olunur. Onlayn paylaşılacaq şəkillərin sayının 1990-cı illərdə çəkilmiş fotoşəkillərdən 31 dəfə artıq olacağı (yalnız paylaşılan hissə) təxmin edilir. Bu dövrdə il üzrə 80 mlrd. fotoşəkil çəkilib:

"Paylaşımların şəbəkə üzrə gözlənilən təsiri 3.5 eksabayt olacaq ki, bu da əvvəlki illə müqayisədə 20% artım deməkdir. Çəkilən, paylaşılan və arxivləşdirilən fotoların davamlı olaraq kəmiyyətinin, eləcə də faylın orta ölçüsünün artması nəticəsində fotoşəkillərin şəbəkə təsirinin yaxın gələcəkdə də artacağı təxmin edilir. Hesablamalarımıza görə, onlayn paylaşılan və ya arxivləşdirilən fotoşəkillərin 90%-i “ağıllı telefonlar” (smartfonlar) vasitəsilə çəkiləcək".

"Deloitte" foto paylaşımı üçün smartfonların üstünlük təşkil etməsinin səbəbinin onun istənilən yerdə əldə edilə bilməsi və istifadəçilərin öz cihazlarını yeniləmə tezliyi olduğunu açıqlayıb:

"Bu il ümumilikdə 1.6 mln. smartfonun satılacağı gözlənilir ki, bu da təxminən lentli fotoaparatların maksimal satışının 23 dəfəsinə (70 mln. ədəd, 1999), rəqəmsal fotoaparatların maksimal satışının 13 dəfəsinə (120 mln. SLR və kompakt rəqəmsal fotoaparatlar, 2010) və 2014-cü il üzrə rəqəmsal fotoaparatların satışının 40 dəfəsinə (40 mln. ədəd) bərabərdir. Satılmış smartfonların dörddə üç hissəsinin əvvəlkilər ilə müqayisədə daha yaxşı kameralar, prosessorlar, bağlantı səviyyəsi və yaddaşla təmin olunmaqla təkmilləşdiriləcəyini proqnozlaşdırırıq. 2016-cı ildə smartfon kameralarında rezolyusiyanın daha da yüksək olması nəticəsində çəkilən fotoşəkillərin orta ölçüsünün artacağı gözlənilir. Satışa təqdim edilmiş smartfonlarda meqapiksellə (MP) ölçülən orta rezolyusiya 2.4 MP-dən (2007-ci il) 9 MP-ə (ötən il) qədər artırılıb. Cari ildə smartfonların orta rezolyusiyasının 10 MP-dən artıq olacağını proqnozlaşdırırıq".

Qurum tərəfindən internet üzərindən paylaşılan fotoşəkillərin sayının artmasına əsas səbəb belə paylaşıma imkan yaradan alətlərin sayının genişlənməsi göstərilir:

"Ötən ilin sonuna şəkil paylaşımı üçün 2 mindən artıq tətbiqi proqramdan istifadə olunurdu. Fotolardan ibarət məlumat paylaşımı mətn formasında paylaşımlardan 53% daha artıq “bəyənilir”, 104 faiz daha artıq şərh toplayacaq və 84% daha artıq baxılacaq".

 





11.02.2016    çap et  çap et