525.Az

Məscidə atəş açmış amerikalı 20 ilədək həbs edilə biər


 

Məscidə atəş açmış amerikalı 20 ilədək həbs edilə biər<b style="color:red"></b> ABŞ-ın Konnektikut ştatında məscidə atəş açmış 48 yaşlı amerikalıya 20 ilədək həbs cəzası verilə və 250 min dollar məbləğində cərimə kəsilə bilər.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  insident ötən ilin noyabrında Parisdə törədilən silsilə terror aktlarından bir gün sonra baş verib.
 
Məlumata görə, ötən gün Xartford şəhərində keçirilən məhkəmə iclasında Ted Xeki barəsində hökmün mayın 10-da elan ediləcəyi bildirib.
 
Müttəhim etiraf edib ki, 2015-ci ilin noyabrın 14-də Parisdə törədilən silsilə terror aktları barədə məlumatı eşitdikdən sonra Meriden şəhərindəki evinin qarşısında yerləşən məscidə 4 atəş açıb.   
 
İnsident nəticəsində xəsarət alan olmayıb.
 





12.02.2016    çap et  çap et