525.Az

Əbülfəs Qarayev Sumqayıtda qəbul keçirəcək


 

Əbülfəs Qarayev Sumqayıtda qəbul keçirəcək<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 19-da Sumqayıtda vətəndaşları qəbul edəcək.
 
APA-nın məlumatına görə, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edəcək.
 
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services elektron xidmətlər portalı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya(012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.
 





12.02.2016    çap et  çap et