525.Az

Azad Rəhimov Qubada vətəndaşlara görüşdü


 

Azad Rəhimov Qubada vətəndaşlara görüşdü<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov bu gün Qubada vətəndaşları qəbul edib.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından  30-dan artıq vətəndaş iştirak edib.
 
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminatla bağlı olub. 

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasında olub.
 





12.02.2016    çap et  çap et