525.Az

Məscidlərə kamera qoyulması ilə bağlı məsələyə aydınlıq gətirildi


 

Məscidlərə kamera qoyulması ilə bağlı məsələyə aydınlıq gətirildi<b style="color:red"></b>

"Təəssüf ki, bəzi insanlar məscidlərə kamera qoyulması ilə bağlı məlumatı, bu prosesi yanlış başa düşürlər".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı bildirib.

O qeyd edib ki, kameraların məscidlərin daxilində quraşdırılacağı haqda deyilənlər həqiqət deyil:

"İnsanlar elə başa düşürlər ki, kameralar məscidin içərisində yerləşdiriləcək, imam və axundların xütbə və moizələrinə qulaq asılacaq. Bu, qətiyyən belə deyil. Bəli, məscidlərdə veb-kameralar quraşdırılacaq. Amma kameralar təhlükəsizlik məqsədilə məscidlərin ətrafında yerləşdiriləcək. Bu kameraların yerləşdirilməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətlərinə daxil olan məsələdir".

 





12.02.2016    çap et  çap et