525.Az

"Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir”


 

"Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir”<b style="color:red"></b> “Orta  ixtisas təhsili müəssisələri optimallaşdırılıb. Bunun nəticəsində tələbələrin sayı azalmadığından müəllimlərin dərs yükü mövcud vəziyyətdə qalacaq. Qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir”.
 
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb:

“Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib”.
 





12.02.2016    çap et  çap et