525.Az

Ermənistan sərhəddə snayperlərin sayını artırıb


 

Ermənistan sərhəddə snayperlərin sayını artırıb<b style="color:red"></b>

Ermənistan ötən ilin noyabr ayından Azərbaycanda dövlət sərhədində snayperlərin sayını artırıb. Bu barədə Lent.az Ermənistan mediasına istinadən məlumat verib.

Ermənilər bununla qeyd olunan istiqamətdə Azərbaycan Ordusunun snayperlərinin aktivliyinin qarşısını alındığını iddia ediblər.

Xəbərdə qeyd olunub ki, ötən il dövlət sərhədinin Tavuş və Noemberyan istiqamətlərində Azərbaycan snayperləri əvvəlki illərlə müqayisədə daha çox aktivlik göstəriblər. Bunun nəticəsi olaraq erməni tərəfi xeyli tələfat verib. Lakin son 3 ayda dövlət sərhədinin qeyd olunan ərazisində aparılmış mühəndis tikinti işlər və snayperlərin artırılması bu sahədə vəziyyəti stabilləşdirib.

 





29.01.2013    çap et  çap et