525.Az

ABŞ-ın Azərbaycandakı səfiri bəyanat yayıb


 

ABŞ-ın Azərbaycandakı səfiri bəyanat yayıb<b style="color:red"></b>

“Biz 24 yanvarda Azərbaycanın İsmayıllı şəhərində insanların xəsarət alması, əmlakların dağıdılması, o cümlədən özəl otelin yandırılması və İcra Hakimiyyəti başçısının şəxsi evi və əmlakına zərər ilə nəticələnmiş ictimai iğtişaşlarla bağlı xəbərlər almışıq”.

APA-nın səfirliyin saytına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bəyanatında bildirilib.
 
Bəyanatda gənclərin İsmayıllıya dəstək mitinqləri, Binə Ticarət Mərkəzindəki sahibkarların və əsgər ölümünə etiraz olaraq keçirilən aksiyaları barədə də qeyd olunub.
 
“Biz, İsmayıllıda baş vermiş zorakılığa görə təəssüf edirik. Eyni zamanda, biz qanuni şikayətləri təmin etmək üçün Azərbaycan hökuməti ilə vətəndaşlar arasında konstruktiv dialoqa və hökumət nümayəndələrini sərbəst toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

 





29.01.2013    çap et  çap et