525.Az

BMT “quş qripi” epidemiyası ilə bağlı xəbərdarlıq yayıb


 

BMT “quş qripi” epidemiyası ilə bağlı xəbərdarlıq yayıb<b style="color:red"></b>

“Zəruri nəzarət olmasa, təhlükəli xəstəlik asanlıqla bütün dünyaya yayıla bilər”

“Quş qripi” epidemiyası yenidən təkrarlana bilər. APA-nın məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbərdarlıq yayıb. “Davam edən beynəlxalq iqtisadi böhran H5N1 virusunun və digər təhlükələrin qarşısının alınmasına yönəlmiş maliyyə tədbirlərinin ixtisar edilməsinə səbəb olub. Bu, təkcə beynəlxalq təşkilatlara deyil, ölkələrin özünə də aiddir”, - deyə təşkilatın baş baytar eksperti Xuan Lubrot bildirib. O xəbərdarlıq edib ki, zəruri nəzarət olmasa, təhlükəli xəstəlik asanlıqla bütün dünyaya yayıla bilər.
 
Qeyd edək ki, 2003-2011-ci illərdə “quş qripi” səbəbindən 400 milyon ev quşu məcburi qaydada məhv edilib nəticədə dünya dövlətlərinə 20 milyard dollar zərər dəyib. Bu dövrdə 500-dən artıq şəxs “quş qripi”nə yoluxub, onlardan 300 nəfər vəfat edib.

 





30.01.2013    çap et  çap et