525.Az

Meksikada qorxunc olay


 

Meksikada qorxunc olay<b style="color:red"></b>

Meksikada yoxa çıxan musiqi qrupunun üzvlərinin cəsədləri bir quyuda tapılıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, rəsmilər ölkənin şimalındakı Nuevo Leon əyalətindəki bir quyuda tapılan 17 cəsəddən 14-nün 5 gün əvvəl bir silahlı qrup tərəfindən qaçırılan musiqi qrupunun üzvlərinə aid olduğunu müəyyənləşdiriblər.

Yetkililər qrup üzvlərinin öldürülmə səbəblərinin araşdırıldığını qeyd ediblər.

Kolumbiya tərzində oxuyan 15 nəfərlik "Kombo Kolombia" adlı qrupun üzvləri yanvarın 25-də Monterreyin şimalındakı Hidalqodakı bir barda səhnəyə çıxdıqdan sonra itkin düşüb. Qrup üzvlərindən başqa 5 nəfərin də itkin düşdüyü bildirilib.

 





30.01.2013    çap et  çap et