525.Az

Gül "Twitter"da suallara niyə cavab vermədiyini açıqlayıb


 

Gül "Twitter"da suallara niyə cavab vermədiyini açıqlayıb<b style="color:red"></b>

Prezident Abdulla Gül dünən sosial medianın tanınan təmsilçilərini Çankara süfrəsinə qonaq edib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Gül sosial media təmsilçiləriylə görüşünə dair dəyərləndirmələrini də yenə sosial mediada - "Twitter"da bölüşüb. Yeməkdə iştirak edənlərin hələ masa ətrafındaykən foto və şərhləri paylaşdığının fərqinə vardığını qeyd edən prezident sosial media təmsilçilərinin ona ünvanladığı bir suala da da "Twitter"da cavab verib. Bu sual prezidentin nə üçün "Twitter"da heç kimə cavab verməməsiylə bağlı olub. Abdulla Gül bu nöqsanın fərqində olduğunu deyib və əlavə edib: "Bu hesabımdakı bütün mesajlar şəxsən mənə aiddir. Elə bu səbəbdən də tez-tez yaza bilmirəm. Bütün mesajlara cavab verəsi olsam, başqa vəzifələrimi yerinə yetirə bilmərəm. Yəni tamamilə vaxt məsələsidir. Bundan əlavə, birinə cavab verib, o birinə verməsəm, "niyə mənə cavab vermədi" kimi incikliklərin olacağından narahatam".

Prezident Gül bu səbəbdən sosial mediadakı təqibçilərindən anlayış göstərmələrini istəyib.

Abdulla Gül sosial media təmsilçiləriylə görüşün fotosunu da paylaşıb.

 





30.01.2013    çap et  çap et