525.Az

“Cristall Hall”da möhtəşəm bal keçiriləcək


 

“Cristall Hall”da möhtəşəm bal keçiriləcək<b style="color:red"></b> Bu gün Bakının ən böyük konsert kompleksi olan “Cristall Hall”da möhtəşəm bal keçiriləcək.

Lent.az-ın məlumatına görə, bal gənclər üçün təşkil olunur. Məqsəd isə gənclərin asudə vaxtlarının səmərəli keçirməsidir.
 
Tədbir saat 19.00-da başlayacaq. Tədbirdə iştirak etmək istəyənlər ziyafət geyimində olmalıdır və mərasimə cütlüklər halında gəlməlidir. Oğlanlardan bala gələrkən kəpənək-qalstuk taxmaları tələb olunur.
 
Balda klassik, latın, etno musiqilər səsləndiriləcək. Müxtəlif işıq effektləri və müasir akustikanın müşayiəti ilə hər kəsin rəqs etməsi də tələb olunur...
 





30.01.2013    çap et  çap et