525.Az

Lənkəranda QİÇS xəstəliyindən 2 nəfər ölüb


 

Lənkəranda QİÇS xəstəliyindən 2 nəfər ölüb<b style="color:red"></b>

Ötən il Lənkəran rayonunda 2 nəfər QİÇS xəstəliyindən dünyasını dəyişib.

 Bu barədə APA-nın cənub bürosuna Lənkəran regional HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib.
 
Onun sözlərinə görə, ötən 10 il ərzində QİÇS-dən ölənlərin sayı Lənkəranda 64-ə çatıb. QİÇS xəstəliyinin statistikasını açıqlayan R.İbişov bildirib ki, 2011-ci ilin sonunda bu xəstəliyə tutulanların sayı cənub bölgəsi üzrə 531 nəfər olduğu halda, 2012-ci ilin sonuna bu göstərici 618-ə (504 kişi, 104 qadın) çatıb. Ümumilikdə ötən il 24 min 660 (19 812 kişi, 5600 qadın) nəfərin qanı laboratoriya müayinəsindən keçirilib. Aşkar olunmuş 618 QİÇS xəstəsinin 283-ü Lənkəran, 156-sı Astara, 126-sı Masallı, 40-ı Cəlilabad, 9-u Lerik, 4-ü Yardımlı rayonunun payına düşür. 2012-ci il ərzində bölgədə QİÇS-ə yoluxmuş 94 xəstə aşkar edilib ki, bunların da 68-i kişi, 26-sı isə qadındır. Ötən il Lənkəranda 36, Astarada 28, Masallıda 26, Cəlilabadda 3, Lerikdə 1 nəfər QİÇS xəstəsi aşkarlanaraq qeydiyyata götürülüb

 





30.01.2013    çap et  çap et