525.Az

Turizm Universitetinin rektorunun məqaləsi dərc edilib


 

Turizm Universitetinin rektorunun məqaləsi dərc edilib<b style="color:red"></b>

113 ölkədən 776 tədqiqatçının araşdırma nəticələrinin daxil olduğu Turizm Ensiklopediyası "Springer" Beynəlxalq nəşriyyat şirkətinin indeksi ilə çap olunub.

Universitetdən verilən məlumata görə, ensiklopediyaya Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun "Azərbaycan, turizm" məqaləsi də daxil edilib.

Tədqiqatçı öz məqaləsində Azərbaycan Respublikasının ərazisi, sərhədləri, əhalisi və rəsmi dilini qeyd etməklə yanaşı, zəngin tarixi və mədəni irsinə də nəzər yetirib. Qərb və Şərq sivilizasiyasının qovşağında yerləşməklə xarakterik tolerantlıq və qonaqpərvərlik xüsusiyyətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, xidmət mədəniyyətinin yüksək olması sənayesinin inkişafı üçün təkan verir. Bundan başqa, müəllif öz yazısında ölkənin əsrarəngiz təbiətindən- qoruqlar, milli parklar, mineral bulaqlar və zəngin florasından söhbət açıb.

Vəfa MƏMMƏDLİ

 





17.02.2016    çap et  çap et