525.Az

Fevral ayında hava necə olacaq?


 

Fevral ayında hava necə olacaq?<b style="color:red"></b>

Ekologiya və Milli Hidrometeorologiya Departamenti fevral ayına olan hava proqnozunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata  görə, 2013-cü ilin fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, lakin ikinci ongünlükdə temperaturun normadan bir qədər aşağı enəcəyi gözlənilir.
Yağıntıların Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində qeyri-sabit, yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.
 

Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Gecələr havanın temperaturunun 4-9 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir. 
Gündüzlər ayın birinci yarısında temperatur 4-9, ayın ikinci yarısında 2-6 dərəcə isti, bəzi günlərdə isə 0-2 dərəcə şaxta olacaq. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Gecələr temperatur 4-9, ikinci ongünlüyün ayrı-ayrı günlərində 12-17 dərəcə şaxta təşkil edəcək. 
Gündüzlər 1-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Gecələr havanın temperaturu 3-8, ikinci ongünlüyün ayrı-ayrı günlərində 10-15 dərəcə şaxta təşkil edəcək.
Gündüzlər 0-5 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 1-6 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. 

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2-5 dərəcə şaxta təşkil edəcək.
Gündüzlər 3-8 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 6-11 dərəcə şaxta təşkil edəcək.
Gündüzlər 2-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. 

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Gecələr havanın temperaturu 1-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta təşkil edəcək.
Gündüzlər 5-10 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. 

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında
Orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Gecələr 1-5 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-2 dərəcə şaxta, dağlarda 7-12 dərəcə şaxta olacağı gözlənilir. 
Gündüzlər havanın temperaturu 5-10 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-3 dərəcə isti təşkil edəcək.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

 

 





30.01.2013    çap et  çap et