525.Az

Jalə Əliyevadan radikal adlananlara sərt sözlər


 

Jalə Əliyevadan radikal adlananlara sərt sözlər<b style="color:red"></b>

“Müxalifətin, onun radikal kəsiminin Azərbaycanda yaşanan hər hansı bir adi, xırda olaydan, o cümlədən, bir neçə gün öncə İsmayıllıda baş vermiş hadisədən öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdi yolverilməzdir.

Bu cür cəhdlər mahiyyət etibarilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən və öz maraqlarını təmin etməyə çalışan xarici qüvvələrin məqsədlərinə xidmət etməkdən başqa bir şey deyil”. 525.az-ın məlumatına görə, bu fikirlər millət vəkili Jalə Əliyeva deyib. 

Millət vəkilinin bildirdiyinə görə, təəssüflər olsun ki, İsmayıllıda baş verən hadisə, üstündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də müxalifətin, xüsusilə, destruktiv qüvvələrin ən sevimli mövzularından birinə çevrilib və həmin dairələr fakt ətrafında kifayət qədər manipulasiya edərək,  sözügedən hadisəni Azərbaycan dövlətçiliyinə qarşı yönəltmək cəhdlərindən çəkinməyərək, öz fəaliyyətlərini qururlar.
 
“ Onlar bu hadisədən yararlanaraq, ümumiyyətlə, ölkədəki  vəziyyəti kritikləşdirmək, vətəndaş qarşıdurması yaratmaq üçün bütün potensiallarından istifadə etməyə cəhdlər göstərirlər”-deyən millət vəkili eyni zamanda, baş vermiş hadisənin müxalifət tərəfindən eybəcər, antimilli şəkildə qabardılmasını birmənalı şəkildə pislədiyini vurğulayıb.
 
Lakin millət vəkili bütün bu cəhdlərin heç bir nəticə verməyəcəyini də əminliklə qeyd edib:
 
“Ona da əminəm ki, Azərbaycan dövləti kifayət qədər güclüdür, qüdrətlidir və bu cür təxribatlar Azərbaycan dövlətinə zərrə qədər də ziyan vurmayacaq. Eyni zamanda, yuxarıda da qeyd etdiyim ki, müxalifətin, onun radikal qanadının, destruktiv qüvvələrin Azərbaycan əleyhinə olan addımları, cəhdləri heç bir səmərə verməyəcək, həmin davranışlar  yalnız və yalnız adıçəkilən dairələrin özlərinin ziyanına işləyəcək. Buna tam əmin ola bilərlər...”
K.Həmidov

 





30.01.2013    çap et  çap et