525.Az

Bəyanata qoşulan hərbçilərin sayı 10 mini keçdi


 

Bəyanata qoşulan hərbçilərin sayı 10 mini keçdi<b style="color:red"></b> Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun bəyanatına qoşulanların sayı 10 mini keçib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 26 yanvarda Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçunun imzaladığı məlum bəyanata bu günədək 10805 hərbçi qoşulub.
 
Qeyd edək ki, ilk olaraq 150 hərbçinin qoşulduğu bəyanatda zabitlər Azərbaycan ordusu ilə bağlı söylənilən bəzi neqativ fikirlərə etiraz ediblər. Onlar bildiriblər ki, əvvəlki illərlə müqayisədə hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində irəliləyişlər baş verib. Hərbiçilər dövlətin və hökumətin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğını da yüksək qiymətləndiriblər.
 





30.01.2013    çap et  çap et