525.Az

Polkovnik-leytenantdan hərbçilərin bəyanatı ilə bağlı açıqlama


 

Polkovnik-leytenantdan hərbçilərin bəyanatı ilə bağlı <b style="color:red">açıqlama</b>

“Çox təəssüf ki, narazılığı özünə ənənəyə çevirən bəziləri mənim də imza atdığım bəyanata siyasi rəng verməyə cəhd edirlər”.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, bu fikirləri polkovnik-leytenant Nağı Eyvazov yanvarın 26-da Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçunun imzaladığı bəyanat haqda danışarkən bildirib.  Məsələnin siyasiləşdirilməsindən narazılığını bildirən Nağı Eyvazov hərbi qulluqçuların sosial məsələlərinə “qayğı” göstərmək istəyənlərin köməyinə ehtiyacın olmadığını deyib:

“Bu, çox təəccüb doğurur. Birincisi, həmin bəyanatda bir kəlmə də olsun ictimai-siyasi prosesləri özündə ehtiva edən sözə və fikrə rast gəlmək mümkün deyil. Biz həmin bəyanatı hazırlayarkən qarşımıza tamamilə başqa bir məqsədi - hərbi qulluqçuların sosial məsələlərinə “qayğı” göstərmək istəyənlərin köməyinə ehtiyacımız olmadığını vurğulamışıq. Əgər doğrudan da hər hansı siyasi prosesə münasibət bildirmiş olsaydıq, bizi tənqid edənlərin haqlı olduğunu hardasa etiraf edərdik. Ancaq ümumiyyətlə, belə fikrimiz və niyyətimiz olmayıb. Çünki hansı vəzifə daşıdığımızı və hərbiçilərə nəyin qadağa, nəyin icazəli olduğunu özümüz çox yaxşı bilir və dərk edirik.

Sosial məsələlərlə bağlı qayğı və diqqəti Ali Baş Komandanımızdan gözləməyimiz barədə səsləndirdiyimiz fikirlərə qəsdən siyasi don geyindirməyə çalışırlar. Son illər hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasında müstəsna köməyi və qayğısı olan Ali Baş Komandanımıza təkrar olaraq yoldaşlarım adından öz dərin minnətdarlığımı çatdırıram. Biz hər zaman Ali Baş Komandanımızı öz yanımızda hiss edir, onun məsləhət və töfsiyələrini, əmr və göstərişlərini yerinə yetirməyi özümüz üçün böyük şərəf hesab edirik.

Cənab İlham Əliyevin orduya hərtərəfli diqqəti və köməyi sayəsində Azərbaycan Silahlı Qüvvələri mühüm nailiyyətlər əldə edib. Hərbiçilərin sosial problemlərinin həlli məsələsi bu strateji xəttin əsas tərkib hissəsi olaraq həmişə diqqət mərkəzində olub və bu gün də var. Bəyanata imza atan hərbi qulluqçular məhz bunu əsas götürüblər. Ona görə də qəsdən mətni siyasiləşdirməyə cəhd edənlərə bildirirk ki, onların çıxardıqları yanlış nəticələr heç vaxt xalq tərəfindən özünə dəstək tapa bilməz”.

 





30.01.2013    çap et  çap et