525.Az

Şah İsmayıl Xətainin xətt nümunəsi


 

Şah İsmayıl Xətainin xətt nümunəsi<b style="color:red"></b>

Paşa ƏLİOĞLU
filologiya üzrə elmlər doktoru

Almaniyanın Münhen şəhərinin kitabxanasında Səfəvilər dövrünün xəttatlıq sənətinə dair çox dəyərli nümunələr saxlanılır. Bunların içində Həzrət Əlinin kəlamlarının ərəbcə yazıldığı və sətirlər arasında bu kəlamların farscaya tərcümə edildiyi xəttatlıq nümunəsi xüsusilə diqqətəlayiqdir. Münhendə çıxan elmi məcmuədə çıxış edən  yapon şərqşünası Tomako Mirikava sübut edir ki, bu xətt Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl Xətaiyə məxsusdur. Xətai Həzrət Əlinin 100 kəlamını kalliqrafik xəttlə yazmağı qarşısına məqsəd qoymuşdur. Xətt nümunəsinin 15 səhifəsindən yalnız 11-i mühafizə edilmişdir. Yapon tədqiqatçısının bildirdiyinə görə, səhifələrdən birinin kənarında İsmayıl adı və yazıların 1514-cü ildə yazıldığı qeyd edilmişdir. Alim göstərir ki, ərəbcə daha iri hərflərlə köçürülən yazılar qızılı və mavi mürəkkəblə təliq xəttilə Xətai tərəfindən yazılmışdır. Burada bəzi düzəlişlərin edildiyi görünür. İri ərəb yazılarının arasında kəlamların fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən nəfis nəstəliq xətti ilə iki sütunda yazılmışdır. Əlyazma müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmişdir. T.Mirikavanın ehtimalına görə, bu xətt nümunəsi üzərində iş 1514-cü ildə baş vermiş Çaldıran döyüşünə qədər tamamlanmışdır. Çaldıran döyüşündə qələbə çalan Osmanlı imperatoru I Səlim Təbrizin işğalı zamanı bu əlyazmanı da ələ keçirmiş, əsər sonralar Avropaya aparılmışdır.

 

 





30.01.2013    çap et  çap et