525.Az

Nazirlikdən yerli icra orqanlarına ittiham


 

Nazirlikdən yerli icra orqanlarına ittiham<b style="color:red"></b> “Texniki peşə təhsili məktəblərində maliyyə vəsaitlərinin düzgün istifadə edilməməsi ilə bağlı problemlər mövcuddur”.

Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bildirib. Şöbə müdiri texniki-peşə təhsili müəssislərinə məxsus ərazilərin qeyri-qanuni zəbt edilməsi kimi problemlərin olduğunu da bildirib: “Yerli icra orqanları həmin ərazilərin qeyri-qanuni zəbt edilməsində günahkardır”.
 
N. Məmmədov korrupsiya faktları ilə bağlı onlara müraciətlərin daxil olmadığını qeyd edib: “Əvvəllər təqaüdlərin gecikdirilməsi ilə bağlı müraciətlər olurdu. Sentyabr-oktyabr aylarında isə bizə əsasən təqaüd kartlarının gec verilməsi ilə bağlı şikayətlə daxil olub. Bu problemlər də öz həllini tapıb”.
 
Nazirlik rəsmisinin sözlərinə görə, ölkəmizdə hazırda 108 texniki peşə təhsili müəssisəsi var. “2007-ci ilə qədər respublikamızda müasir texniki peşə təhsili məktəbi yox idi. Ancaq xeyli sayda məktəbin əsaslı təmir olmasına baxmayaraq, 60-a yaxın texniki peşə təhsili məktəbi yenidən qurulmalıdır. Onu da qeyd edim ki, texniki peşə təhsili müəssisələri ilə bağlı yeni dövlət proqramı üzərində işlər gedir”-deyə, N. Məmmədov əlavə edib. 
 
Qeyd edək ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclasında texniki peşə təhsili sahəsində çatışmazlıqların qalması barədə iradlar səsləndirilmişdi.
 





30.01.2013    çap et  çap et