525.Az

Bakıda qanunsuz reklamın yayımı dayandırıldı


 

Bakıda qanunsuz reklamın yayımı dayandırıldı<b style="color:red"></b> İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov, ev 31, mənzil 65 ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsənov Hidayət Həsən oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın giriş hissəsində "35% Endirim" yazılmış reklam yayımlansa da, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Bununla əlaqədar, qanunsuz reklamın yayımı dayandırılıb və Dövlət Xidməti tərəfindən fiziki şəxs Həsənov Hidayət Həsən oğlu barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
 





30.01.2013    çap et  çap et