525.Az

“Binə” Ticarət Mərkəzində yanğın olub (Yenilənib)


 

“Binə” Ticarət Mərkəzində yanğın olub <b style="color:red">(Yenilənib)</b>

Binə” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın dükanlardan birində baş verib.
 
Yanğının digər dükanlara keçməsinin qarşısı alınıb. Hazırda hadisənin səbəbləri araşdırılır.
 
Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayon Yanğından Mühafizə Xidmətinin rəis müavini Mətləb İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, yanğın bu gün saat 8.34-də başlayıb, sahəsi 40 kvadratmetr olan mağaza yanıb.
 
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını ala biliblər.
 
Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi hələlik bilinmir.


10:00

“Binə” Ticarət Mərkəzində yanğın başlayıb. Bu barədə APA-ya hadisə şahidləri məlumat veriblər.Məlumata görə, hadisə səhər saat 07.30 radələrində meydana gəlib.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcilli tibbi yardım maşını cəlb edilib.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 
İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

 





31.01.2013    çap et  çap et